Ermənistanda işdən çıxarılan polkovnikin yerinə təyinat

ermenistanda-isden-cixarilan-polkovnikin-yerine-teyinat
Oxunma sayı: 2214

Ermənistan Silahlı Qüvvələrinin ikinci ordu korpusuna yeni komandir təyin olunub.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında polkovnik Qaregin Poqosyanın bu vəzifəyə təyin edilməsi barədə əmr imzalayıb. 

Xatırladaq ki, gecə Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissələrin birinin kazarmasında yanğın baş verib. Yanğın nəticəsində 15 hərbçi ölüb, daha 3-ü isə yaralanıb. Bunun ardınca, Ermənistan Prezidenti ikinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryanı vəzifəsindən azad edib.