Ermənistanda karantin ilin sonunadək uzadıldı

ermenistanda-karantin-ilin-sonunadek-uzadildi
Oxunma sayı: 3266

Ermənistanda karantin rejimi 20 dekabradək uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, Ermənistan hökuməti bu qərarın koronavirusun müxtəlif ştamlarının ölkədə yayılmasının qarşısını almaq məqsədilə verildiyini açıqlayıb.

Ermənistan Nazirlər Kabinetindən o da bildirilib ki, ölkədə pandemiya ilə əlaqədar vəziyyət hazırda sabit olsa da, davamlı monitorinqlər zamanı profilaktik tədbirlərin görülməsi, məhdudiyyətlərin yumşaldılması və ya sərtləşdirilməsi ilə bağlı qərarlar qəbul edilə bilər.