Ermənistanda keçmiş komitə sədri saxlanıldı - Çirkli pullara görə

ermenistanda-kecmis-komite-sedri-saxlanildi
Oxunma sayı: 1192

Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş sədri (red.- 2011-2018), Respublikaçılar Partiyasının üzvü Arman Saakyan saxlanılıb.

“Qafqazinfo” bu barədə “Aysor.am”a istinadən xəbər verir.

Ona çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Arman Saakyan Ermənistan parlamentinin keçmiş sədri Qalust Saakyanın oğludur.