Ermənistanda koronavirus yayılmaqda davam edir

ermenistanda-koronavirus-yayilmaqda-davam-edir
Oxunma sayı: 2804

Ermənistanda son sutka ərzində daha 209 nəfərdə koronavirus aşkarlanıb, 5 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 39 050-yə, virus qurbanlarının sayı isə 754-ə yüksəlib.

Bundan əlavə, indiyədək 29 750 nəfər sağalıb. Ölkədə 8 546 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 10-nun vəziyyəti ağır qiymətləndirilir.