Ermənistanda koronavirus yayılmaqda davam edir

ermenistanda-koronavirus-yayilmaqda-davam-edir
Oxunma sayı: 2508

Ermənistanda son sutka ərzində daha 168 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 41 663-ə, virus qurbanlarının sayı isə 818-ə yüksəlib.

Bundan əlavə, indiyədək 34 584 nəfər sağalıb. Ölkədə 6 261 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, Ermənistanda koronavirus pandemiyası səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi sentyabrın 11-nə qədər uzadılıb.