Ermənistanda koronavirus yayılmaqda davam edir

ermenistanda-koronavirus-yayilmaqda-davam-edir
Oxunma sayı: 2095

Ermənistanda son sutka ərzində koronavirusa 650 yoluxma faktı aşkarlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “worldometers.info”da bildirilib.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 202 min 817 nəfərə çatıb. Onlardan 181 963-ü sağalıb. Ölkədə 17 119 aktiv koronavirus xəstəsi var.

Son 24 saat ərzində 15 nəfərin vəfatı ilə virusdan ölənlərin sayı 3 735-ə çatıb.