Ermənistanda koronavirusa yoluxanların sayı 2000-ə çatır

ermenistanda-koronavirusa-yoluxanlarin-sayi-2000-e-catir
Oxunma sayı: 1039

Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı daha 65 nəfər artaraq 1 932-yə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Ölkə üzrə ümumilikdə 30 nəfər xəstəlik səbəbindən həyatını itirib. Bu günə qədər 900 pasiyent sağalıb, 1000 xəstənin müalicəsi davam etdirilir. Ümumilikdə 20 189 nəfər isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə aprelin 13-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi mayın 14-dək uzadılıb.