Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı daha 134 nəfər artaraq 2 066-ya çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.
Ölkə üzrə ümumilikdə 32 nəfər xəstəlik səbəbindən həyatını itirib. Bu günə qədər 929 pasiyent sağalıb, 1 103 xəstənin müalicəsi davam etdirilir. Ümumilikdə 21 125 nəfər isə koronavirus testindən keçib.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə aprelin 13-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi mayın 14-dək uzadılıb.
Son xəbərlər
Son Xəbərlər