Ermənistanda koronavirusa yoluxanların sayı 24 mini keçdi

ermenistanda-koronavirusa-yoluxanlarin-sayi-24-mini-kecdi
Oxunma sayı: 2481

Ermənistanda sutka ərzində daha 736 nəfər koronavirusa yoluxub.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bununla da ölkədə Covid-19-a yoluxanların ümumi sayı 24 min 645 olub. Sutka ərzində daha 6 nəfərin ölümü ilə epidemiya qurbanlarının sayı 426 nəfərə yüksəlib.

Koronavirusa yoluxmuş 7 nəfər isə digər səbəblərdən vəfat edib (ümumilikdə 139).

Qeyd edək ki, martın 16-dan iyulun 13-dək Ermənistanda fövqəladə vəziyyət elan olunub.