Ermənistanda koronavirusa yoluxanların sayı 5 mini ötdü

ermenistanda-koronavirusa-yoluxanlarin-sayi-5-mini-otdu
Oxunma sayı: 941

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 239 nəfər artaraq 5041-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 3 nəfər artaraq 64-ə çatıb. Ümumilikdə 2164 pasiyent müalicə olunaraq sağalıb.

2788 xəstənin müalicəsi davam etdirilir, 43 041 insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.