Ermənistanda koronavirusa yoluxanların sayı artdı

ermenistanda-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 2089

Ermənistanda koronavirusa yoluxanların sayı 1 746-ya yüksəlib. “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Son sutka ərzində daha 69 nəfərdə koronavirus aşkarlanıb.

Ölkədə 28 nəfər koronavirusun qurbanı olub, 803 nəfər sağalıb, 846 pasiyentin müalicəsi davam etdirilir.