Ermənistanda koronavirusdan ölənlərin sayı 1931-ə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 1931-ə çatdı
Oxunma sayı: 467

Ermənistanda son sutka ərzində daha 1193 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 124 min 839 nəfərə çatıb.

Daha 31 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1931-ə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.