Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

ermenistanda-koronavirusdan-olenlerin-sayi-artdi
Oxunma sayı: 1885

Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı daha 113 nəfər artaraq 2 386-ya yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, son sutka ərzində ölkədə daha iki nəfər koronavirusdan ölüb. Bununla da Ermənistanda Covid-19-dan ölənlərin sayı 35-ə yüksəlib.

Aktiv 1 316  xəstənin müalicəsi davam etdirilir, 24 177 nəfər isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə aprelin 13-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət mayın 14-dək uzadılıb.