Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

ermenistanda-koronavirusdan-olenlerin-sayi-artdi
Oxunma sayı: 1903

Ermənistanda son sutka ərzində 168 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir.

Bununla da ölkədə xəstələnənlərin sayı 170 402-yə çatıb. Son sutkada 5 nəfərin vəfat etməsi ilə isə virus qurbanlarının sayı 3 164-ə çatıb.

İndiyədək 161 994 nəfər sağalıb. Ölkədə 5 244 aktiv koronavirus xəstəsi var.