Ermənistanda matəm elan olunacaq

ermenistanda-matem-elan-olunacaq
Oxunma sayı: 2664

İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla əlaqədar hökumət matəm günü elan edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə News.am-a Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Matəm gününün tarixi axtarış-xilasetmə işlərinin başa çatmasından sonra müəyyən ediləcək.

Qeyd edək ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib, 10 nəfər itkin düşmüş hesab olunur.