Ermənistanda məhkumlar arasında koronavirusa ilk yoluxma halı

ermenistanda-mehkumlar-arasinda-koronavirusa-ilk-yoluxma-hali
Oxunma sayı: 1325

Ermənistanda məhkumlar arasında koronavirusa ilk yoluxma halı qeydə alınıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya İdarəsinin rəhbəri Lusine Martirosyan məlumat yayıb.

Qurum rəsmisinin Feysbuk hesabında yazdığına görə, koronavirus “Koş” cəzaçəkmə müəssisəsində məhkumlardan birində aşkarlanıb. Martirosyan bildirib ki, həmin şəxs məhkumlar üçün nəzərdə tutulmuş xəstəxanada COVID-19 xəstələri üçün ayrılmış xüsusi yerə yerləşdirilib.

Mətbuat katibi əlavə edib ki, “Koş”da saxlanılan digər məhkumlar da koronavirus testindən keçirilib. Onların heç birində koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, Ermənistanda 12 364 nəfərdə koronavirus aşkarlanıb, 3 720 pasiyent sağalıb, 190 nəfər vəfat edib.