Ermənistanda məktəbliləri daşıyan avtobus çaya aşdı - 21 yaralı

ermenistanda-mekteblileri-dasiyan-avtobus-caya-asdi
Oxunma sayı: 1539

Ermənistanın Sünik vilayətində müəllimləri və şagirdləri daşıyan avtobus çaya aşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Shamshyan.com” portalı yayıb. 

Qəza nəticəsində aralarında məktəblilərin də olduğu 21 nəfər yaralanıb. 

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.