Ermənistanda Mətbuat evi yandı

ermenistanda-metbuat-evi-yandi
Oxunma sayı: 779

Ermənistanda Mətbuat evində yanğın olub.

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən məlumatına görə, binanın birinci mərtəbəsindəki elektrik şitləri yanıb. Nəticədə alov qapalı şaxtadakı kabellərə sıçrayıb. Yanğın partlayışa da səbəb olub. Alovun genişlənməsinə səbəb kimi binaya işıq verilişinin gec dayandırılması göstərilir.

Hazırda yanğın lokallaşdırılıb. Xəsarət alan yoxdur.