Ermənistanda metro və parlamentə bomba qoyulması xəbərləri yayıldı - Yenilənib

ermenistanda-metro-ve-parlamente-bomba-qoyulmasi-xeberleri-yayildi
Oxunma sayı: 3591

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvan meriyasına, Zvartnots hava limanına, parlamentə və bir sıra digər hərbi və mülki obyektlərə bomba qoyulması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, hər ünvana xüsusi heyət göndərilib.

Hazırda hadisə yerində axtarış işləri aparılır.

Qeyd edək ki, İrəvanda bütün metro stansiyaları da partlayıcı qurğu ilə bağlı siqnala görə bağlanıb, sərnişinlər təxliyə edilib.

***

Zvartnots hava limanının və İrəvan meriyası ərazisinin axtarışları başa çatıb, partlayıcı qurğu tapılmayıb.