"Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, Erməni Milli Konqresinin tərəfdarlarının qatıldığı aksiya bu gün saat 15:10-da paytaxtın mərkəzi Azadlıq meydanında başlayıb.
Mitinq Ermənistan iqtidarı ilə müxalifətinin qarşı-qarşıya gəlməsinin 7-ci ildönümü səbəbilə keçirilir. Həmin qarşıdurma nəticəsində rəsmi məlumatlara görə, 8 etirazçı və daxili qoşunların 2 əməkdaşı ölmüşdü.
Tribunada Erməni milli konqresinin rəhbərləri, həmçinin ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan dayanıb. Ermənistan Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan isə mitinqdə insanlar qarşısında çıxış edərək bildirib ki, 7 il əvvəl bugünkü gündə Ermənistan hakimiyyəti səhər silahsız insanlara hücum edib və 2 gün ərzində ölkədə talanlar törədib: "Nəticədə 10 adam ölüb, 150-dən çox insan yaralanıb. Bundan sonra ölkə avtoritar ölkəyə çevrilib. Faciəvi hadisələrin təşkilatçıları və icraçıları hələ də cəzalandırılmayıblar".
Mitinq iştirakçıları öldürülənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qeyd ki, 2008-ci ilin 19 fevral prezident seçkisindən sonra İrəvanda kütləvi aksiyalar keçirilmişdi. Martın 1-də polisin kütləni silah gücü ilə dağıtması zamanı 10 nəfər öldürülmüş, daha 200 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdı.
Son xəbərlər
Son Xəbərlər