Ermənistanda mitinq ərəfəsində bir neçə müxalifətçi saxlanıldı

ermenistanda-mitinq-erefesinde-bir-nece-muxalifetci-saxlanildi
Oxunma sayı: 1186

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Yerevanda bir sıra müxalifət nümayəndəsini saxlayıb.

"Qafqazinfo" "İnterfaks"a istinadən xəbər verir ki, saxlanılanlar politoloq, Ermənistan parlamentinin keçmiş deputatı Karen Bekaryan, politoloq Anjela Elibeqova, parlamentin keçmiş aparat rəhbəri Ara Saqatelyandır.

Müxalifətçilərin vəkillərinin sözlərinə görə, Milli Təhlükəsizlik Xidməti politoloqların saxlanılması səbəbini açıqlamır, onların evində və ofisində axtarışlara başlanılıb.

Daha 3 nəfərin də saxlanıldığı bildirilir.

Qeyd edək ki, saxlanılanlar bundan əvvəl hökumət əleyhinə fikirlər səsləndirib, Baş nazir Nikol Paşinyanın istefasını tələb etmişdilər.

Paşinyanın istefası tələbi ilə bu gün də Yerevanda müxalifətin növbəti böyük mitinqi planlaşdırılır.