Ermənistanda müxalif deputat mandatından imtina etdi

ermenistanda-muxalif-deputat-mandatindan-imtina-etdi
Oxunma sayı: 1349

Ermənistanın müxalif “Şərəfim var” parlament fraksiyasının rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyan deputat mandatından imtina etmək barədə qərar qəbul edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Vanetsyan özü açıqlayıb.

Onun sözlərinə görə, “Vətən” partiyasının şurası öz fəaliyyətini parlamentdən kənar davam etdirməyə qərar verib.