Ermənistanda müxalif deputat mandatından imtina etdi

ermenistanda-muxalif-deputat-mandatindan-imtina-etdi
Oxunma sayı: 1096

Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasının üzvü Artur Kazinyan deputat mandatından imtina edib.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bu barədə məlumatı Artur Kazinyan özü açıqlayıb.

“Mən deputat mandatımdan imtina etmək qərarına gəldim. Mən bunu indiki şəraitdə ən düzgün və əsaslandırılmış qərar hesab edirəm”, - deyə Kazinyan bildirib.

Nəzrin Cavadzadə