Ermənistanda müxalif deputat mandatından imtina etdi

Ermənistanda müxalif deputat mandatından imtina etdi
Oxunma sayı: 822

Ermənistanın müxalif “Hayastan” fraksiyasının deputatı Aram Vardevanyan deputat mandatından imtina edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı deputat öz sosial şəbəkə hesablarında paylaşıb.

Deputat bu gün bununla bağlı müvafiq açıqlama verəcəyini bildirib. O qeyd edib ki, bu, onun şəxsi qərarı olsa da, qərarını fraksiyadan olan həmkarları ilə müzakirə edib.

Bununla belə, Vardevanyan hansı səbəbdən öz mandatından imtina etdiyini açıqlamayıb.