Ermənistanda müxalif icma rəhbərlərinə qarşı təqiblər davam edir

ermenistanda-muxalif-icma-rehberlerine-qarsi-teqibler-davam-edir
Oxunma sayı: 922

Ermənistanda müxalif icma rəhbərlərinə qarşı təqiblər davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Hraparak” qəzeti yazıb. Məlumata əsasən, Armavir vilayətində bir neçə icma rəhbərləri bu yaxınlarda kənd bələdiyyələrində yoxlamaların başlandığını bildirib.

Redaksiyaya daxil olan məlumatlara görə, yerli rəhbərlərdən istefa ərizələri yazmaq tələb olunub və bu tələb imtina olunduqda yoxlanışlar başlayıb.

Adının gizli qalmasını tələb edən bir icma rəhbəri bildirib ki, iyunun 20-si ölkədə keçirilən parlament seçkiləri zamanı keçmiş Prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” seçki blokunu dəstəkləyib.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri başa çatdıqdan sonra həbslər başlayıb. Həbs olunanlar Robert Koçaryanı parlament seçkilərində dəstəkləyən şəxslərdir. “Ermənistan” seçki bloku öz nümayəndələrinə qarşı repressiyaların başladığını deyib.