Ermənistanda müxalifət yenidən aksiya keçirdi - Yenilənib

ermenistanda-muxalifet-yeniden-aksiya-kecirdi
Oxunma sayı: 1134

Ermənistanın müxalif “Müqavimət” hərəkatının üzvləri yürüş keçirir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yürüş iştirakçıları hökumət binasına çataraq “Nikolsuz Ermənistan” şüarları səsləndiriblər.

Müxalifətin məlumatına görə, hökumət binasında Baş nazir Nikol Paşinyanla Monteneqro Prezidenti Milo Cukanoviç arasında görüş keçirilir. Hərəkatın koordinatoru İşxan Saqatelyan rupor vasitəsilə Monteneqro prezidentinə müraciət edərək onun qeyri-legitim Baş nazirlə görüşdüyünü qeyd edib.

Polis bir neçə cərgədə hökumət binasını mühasirəyə alıb.

***

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən və cümə axşamı hökumət binasını mühasirəyə alan müxalifətçilər qeyd olunan ərazini tərk ediblər.