Ermənistanda Nazirlər Kabinetinin binasında yanğın olub

ermenistanda-nazirler-kabinetinin-binasinda-yangin-olub
Oxunma sayı: 739

Ermənistanda Nazirlər Kabinetinin binasında yanğın baş verib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, hadisə yanvarın 29-u səhər saatlarında qeydə alınıb. Məlumata görə, binanın 3-cü korpusunda qəbul otaqlarının birində başlayan yanğın 2 saata söndürülüb. İtki olmasa da, otaqdakı mebellər tamamilə yanıb.

Hadisənin səbəbi araşdırılır.

Aysel Kərimova