Ermənistanda növbəti etiraz dalğası -

ermenistanda-novbeti-etiraz-dalgasi-
Oxunma sayı: 844


“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, polis aksiyaçıları meydandan qovmağa nail olub.

Daha sonra, etirazçılar Nalbandyan və Sarqsyan küçələrinin kəsişmələrində, yolun ortasında oturmağa qərar veriblər. Buradan isə polis əməkdaşları etirazçıları əllərində səkiyə aparıblar.

Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.

“Qafqazinfo”