Ermənistanda ölən 3450 hərbçinin qalıqları araşdırılıb

ermenistanda-olen-3450-herbcinin-qaliqlari-arasdirilib
Oxunma sayı: 1478

Ermənistanın Məhkəmə Tibbi Ekspertiza Mərkəzində bu günə qədər Dağlıq Qarabağdakı döyüşlər zamanı həlak olan 3450 əsgərin qalıqları araşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın yeni təyin olunmuş səhiyyə naziri Anahit Avanesyan açıqlama verib.

Onun sözlərinə görə, gündə 30 nəfərin qalıqları ekspertizadan keçirilir.

Bu günə qədər döyüş bölgəsindən ümumilikdə 3439 cəsəd çıxarıldığı, onlardan 766-sının şəxsiyyətinin hələ ki, müəyyən olunmadığı bildirilib.