Ermənistanda ölən hərbçilərin yaxınları saxlanıldı - Video

ermenistanda-olen-herbcilerin-yaxinlari-saxlanildi
Oxunma sayı: 5025

Ermənistanda ölən hərbçilərin yaxınları gecədən “Yerablur” hərbi panteonuna toplaşıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onların məqsədi ölkənin Baş naziri Nikol Paşinyanın panteona girişinə əngəl olmaq olub.

Buna baxmayaraq, səhər saatlarından həmin əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.

Polis hərbçilərin yaxınlarına qarşı güc tətbiq edərək onları ərazidən uzaqlaşdırmağa çalışıb.

Məlumata görə, 37 nəfər saxlanılıb və polis bölmələrinə aparılıb.

Saxlanılanlar arasında qadınlar da var və onlardan ikisinin yaralandığı bildirilir.