Ermənistanda “omicron” ştammına yoluxma sürəti 18 yaşdan kiçik pasiyentlər arasında xüsusilə yüksəkdir.
“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan deyib. O bildirib ki, hazırda 67 uşaq xəstəxanaya yerləşdirilib ki, onlardan 5-i reanimasiyadadır:
“Onların vəziyyəti kritik deyil, lakin əlavə qayğıya ehtiyacları var, ona görə də uşaqlar reanimasiyadadır”.
Son xəbərlər
Son Xəbərlər