Ermənistanda ordudan pulemyot patronlarını oğurlayanlar saxlanıldı

ermenistanda-ordudan-pulemyot-patronlarini-ogurlayanlar-saxlanildi
Oxunma sayı: 1080

Ermənistanda Müdafiə Nazirliyinin ehtiyacları üçün nəzərdə tutulmuş döyüş sursatı və qida konservlərini qanunsuz yolla mənimsəyən iki nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər veri ki, 47 və 55 yaşlı şəxslərin İrəvan-Mehri magistral yolundan Yeğeqnadzor şəhərinin polis bölməsinə aparıldığı qeyd olunub. Həmçinin onların idarə etdiyi avtomobil də polis bölməsinə gətirilib. Aparılan axtarış nəticəsində avtomobildə Müdafiə Nazirliyinin ehtiyacları üçün nəzərdə tutulmuş 1309 pulemyot patronu və 240 konserv qida məhsulları tapılıb.

Şübhəlilərdən biri patron və konservləri keçən ilin oktyabrında Qarabağda döyüş əməliyyatları davam edən zamanı əldə etdiyini bildirib. Faktla bağlı ekspertiza təyin olunub. Hadisənin təfərrüatları araşdırılır.