Ermənistanda parlamentin qarşısında aksiya keçirilir

ermenistanda-parlamentin-qarsisinda-aksiya-kecirilir
Oxunma sayı: 1141

İtkin düşmüş erməni hərbçilərin yaxınları Ermənistanın paytaxtı İrəvan şəhərində Baqramyan prospektinin bir hissəsini bağlayıblar.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, həmin şəxslər parlamentin sədri Alen Simonyanın onlarla görüşdən imtina etməsindən sonra bu addımı atıblar.

“Biz təklif etdik ki, o, bizim 20 nəfərdən ibarət olan nümayəndə heyətimizi qəbul etsin, ya da gəlib bizlərlə görüşsün. Bizə dedilər ki, o, iki nəfəri qəbul edə bilər. Biz bununla razı deyilik, o, bütün valideynlərə cavab verməlidir. Etiraz əlaməti olaraq biz prospekti bağlayırıq”, - deyə aksiya iştirakçılarından biri deyib. 

Hazırda parlamentin binası qarşısında vəziyyət gərgindir. Polis bir neçə aksiya iştirakçısını saxlayıb.

Həmçinin oxuyun: “Erməni əsirlər mənim üçün artıq mövcud deyil” - Simonyan