Ermənistanda partlayış - Ölən var

ermenistanda-partlayis
Oxunma sayı: 5551

Ermənistanın Qafan rayonunda partlayış baş verib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, insident ölkənin Müdafiə Nazirliyinin atış poliqonuna yaxın zavodun ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 64 yaşlı mühafizəçi  ölüb.

Partlayışın hansı şəraitdə baş verdiyi məlum deyil.