Ermənistanda polislə toqquşmalara görə 10 nəfər həbs edildi

ermenistanda-polisle-toqqusmalara-gore-10-nefer-hebs-edildi
Oxunma sayı: 865

İrəvanın Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində polislə etirazçılar arasında toqquşmalara görə 10 nəfər həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“15 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlara qarşı kütləvi iğtişaşların təşkili maddəsi ilə ittiham irəli sürülüb. Onlardan 10-u barəsində həbs-qətimkan tədbiri seçilib, daha 4 nəfər barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan tədbir seçilib”, - deyə İstintaq Komitəsinin məlumatında deyilir. 

Qeyd edilir ki, ilkin istintaq davam edir.