Yerevanda qanlı hesablaşmada 3 nəfər yaralanıb. “Qafqazinfo” “Shamshyan.com”a istinadən xəbər verir ki, hadisə fevralın 24-dən 25-nə keçən gecə baş verib.
Yaralılardan ikisi eyni xəstəxanaya, digər bir nəfər isə başqa klinikaya yerləşdirilib. Hər 3 şəxsdə güllə yarası aşkarlanıb.
İstintaqçılar Baqratunyan küçəsində avtoyuma məntəqələrindən birinin yaxınlığında güllə izləri olan “Range Rover”, başqa bir küçədə isə “Toyota ZZ” avtomobilini tapıblar. Hər iki avtomobil sahibinin güllələnmə hadisəsində iştirak etdiyi ehtimal olunur.

Son xəbərlər
Son Xəbərlər