Ermənistanda qar uçqununda 2 hərbçi ölüb

ermenistanda-qar-ucqununda-2-herbci-olub
Oxunma sayı: 1101

Ermənistanın Sünik vilayətində qar uçqunu nəticəsində hərbçiləri daşıyan “UAZ” markalı avtomobil dərəyə yuvarlanıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Hadisə nəticəsində 2 hərbçi ölüb, daha 2-si isə yaralanıb. Yaralıların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

İnsident fevralın 19-u axşam saatlarında baş verib.