Ermənistanda rus generalın qızının meyiti tapıldı

ermenistanda-rus-generalin-qizinin-meyiti-tapildi
Oxunma sayı: 7385

Bu gün axşam saatlarında Ermənistanın paytaxtı Yerevanda 40 yaşlı qadın meyiti tapılıb.

"Qafqazinfo" erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Kanaker-Zeytun rayonu ərazisində baş verib.

Jurnalist Qaqik Şamşyan iddiasına görə, David Anaxt küçəsində evlərindən birinin eyvanında tapılan qadın meyiti Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin general-leytenantının qızına məxsusdur. Lakin nə qadının, nə də atasının adı açıqlanmır.

Bundan başqa, meyitin yanında tapança da aşkarlanıb. Məlumata görə, həmin tapança atasının qızına hədiyyəsi olub.

Qadının intihar etdiyi və ya qətlə yetirildiyi araşdırılır.