Ermənistanda Rusiya əleyhinə aksiya - Video

ermenistanda-rusiya-eleyhine-aksiya
Oxunma sayı: 3408

İrəvanda etiraz aksiyası keçirilib.

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, “Azadlıq” meydanında başlayan yürüş Rusiyanın Ermənistandakı səfirliyinin binasının qarşısınadək davam edib.

Burada aksiya iştirakçılarının adından Rusiyaya qarşı iki tələb irəli sürülüb:

1. De-yure siyasi müttəfiqinin öz öhdəliklərini yerinə yetirməsi, növbəti qərarlarında Ermənistanın milli maraqları və təhlükəsizliyinə hörmət etmək,

2. Azərbaycana silah satışını təcili dayandırmaq.