Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında yenidən etiraz aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Etirazçılar bildirib ki, Rusiya Ermənistanın üzləşdiyi problemlərin həllində qeyri-aktivdir. “Milli-demokratik qütb” təşkilatının təşkil etdiyi mitinqdə 100-ə yaxın insan iştirak edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada 100-dən çox nümayişçi saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər