Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazasında xidmət edən 22 yaşlı Racan Kajimirov bıçaqlanıb.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, rus hərbçi döş qəfəsindən bıçaq zərbəsi alıb. Hadisə 102 saylı hərbi hissədə baş verib.
Kajimirov koma vəziyyətində olduğu üçün ifadəsi alınmayıb. Hazırda faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Son xəbərlər
Son Xəbərlər