Ermənistanda Rusiya hərbçisi ölüb

ermenistanda-rusiya-herbcisi-olub
Oxunma sayı: 2265

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi, 25 yaşlı Rusiya vətəndaşı Leonid Xomyakov Şirak bölgəsində baş verən yol qəzası nəticəsində həlak olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Yanvarın 23-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinə Gümrüdəki Bulvarain küçəsində bir avtomobilin yanması barədə məlumat daxil oldu. Hadisə yerinə gələn xilasedicilər 25 yaşlı kişiyə məxsus "Opel Astra" avtomobilinin qoşqulu yük maşınına çırpıldığını müəyyənləşdiriblər. Yanğın söndürülüb, xilasedicilər sürücünün cəsədini avtomobildən çıxarıblar",-deyə açıqlamada qeyd olunub.