Ermənistanda seçiciləri rüşvətlə alanlara cinayət işi açıldı

ermenistanda-secicileri-rusvetle-alanlara-cinayet-isi-acildi
Oxunma sayı: 1673

“Ermənistan hökuməti seçicilərin rüşvətlə alınması ilə bağlı artıq bir neçə cinayət işi qaldırıb”.

“Qafqazinfo” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Köhnə ənənələri canlandırmaq istəyənlər və ya buna ümid bəsləyənlər riskli bir yol tuturlar. Çünki amnistiya qərarının seçki cinayətlərinə şamil olunma ehtimalı yoxdur. Bu cinayətlərə təkcə seçicilərə rüşvət vermə deyil, buna cəhd də daxil edilir”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, həmin şəxslərə iki və ya üç cinayət işi açıla bilər.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 20-də keçiriləcək. Seçkiqabağı kampaniya isə iyunun 7-dən başlayacaq.