Ermənistanda seçkilərdə keçmiş “KVN”çi saxlanıldı

Ermənistanda seçkilərdə keçmiş “KVN”çi saxlanıldı
Oxunma sayı: 1741

Ermənistanda növbədənkənar parlament seçkilərində keçmiş “KVN”çi və ictimai xadim Armen Qriqoryan saxlanılıb.

Bu barədə “Qafqazinfo” erməni mətbuatına istinadən xəbər verir.

Belə ki, “Liberal Partiya”nın etibarlı nümayəndəsi bildirib ki,  Qriqoryan seçicilərə təzyiq göstərib. Onun bu açıqlamasından sonra keçmiş “KVN”çi polis məntəqəsinə aparılıb.

Məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları Qriqoryanın mənzilinə baxış keçirirlər.