Ermənistanda seçkilərin nəticələri təsdiqləndi

ermenistanda-seckilerin-neticeleri-tesdiqlendi
Oxunma sayı: 633

“Media forum” saytı bildirir ki, mayın 13-də təsdiqlənmiş yekun protokola görə, prezident Serj Sərkisyanın başçılıq etdiyi hakim Respublika Partiyası 131 yerlik parlamentə 69 mandat qazanıb.

Ermənistanın ikinci prezidenti Robert Köçəryana yaxınlığı ilə tanınan iş adamı Qaqik Sarukyanın lider olduğu Çiçəklənən Ermənistan Partiyası 37 mandat əldə edib.

Əsas müxalif qüvvə – sabiq prezident Levon Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqresi 7 mandatla parlament üçüncüsü olub.

Digər mandatlar belə bölünüb:

Daşnaksütun Partiyası – 6
Orinats Yerkir Partiyası – 6
İrs Partiyası – 5.

Daha bir mandat partiyasız deputata qismət olub.

Yeni tərkibli Milli Məclisin ilk iclası mayın 31-də keçiriləcək.

Ermənistan parlamenti qarışıq sistemlə formalaşır: 90 deputat partiya siyahıları üzrə, 41-i isə birmandatlı dairələrdən seçilir.