Ermənistanda 1946 seçki məntəqəsində bülletenlərin 97 faizi hesablanıb.
“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bu səhərə olan nəticələrə görə, hakim Respublikaçılar partiyası 49,21 faiz səslə liderdir.
Ümumilikdə isə parlamentə 4 partiya daxil ola bilib: “Çarukyan” bloku 27,50, “Daşnaksutyun” 6,62, “Elk” bloku 7,68 faiz səslə.
***
Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini açıqlayıb. Beləliklə hakim Respublikaçılar 49,12% (771 247 səs), erməni biznesmen Qaqik Çarukyanın rəhbərlik etdiyi "Çarukyan" partiyası 27,32% və ya 428 965 səs, "Daşnaksutyun" 6,57% (103173 səs), müxalifətçi "Elk" bloku isə 7,77% (122 049) səs toplayıb.
Son xəbərlər
Son Xəbərlər