Ermənistanda siyasətçinin ərinin maşını partladıldı - Foto

ermenistanda-siyasetcinin-erinin-masini-partladildi
Oxunma sayı: 2657

Ermənistanda müxalif siyasətçi Zarui Postancanyanın həyat yoldaşı Suren Drampyanın avtomobili partladılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “Sputnik Ermənistan” yayıb.

Postancanyanın sözlərinə görə, hadisə paytaxt İrəvanda, onların evlərinin həyətində naməlum şəxslər tərəfindən törədilib. 

“Ərimin şəxsi düşmənləri yoxdur və biz bu insidentin mənim siyasi fəaliyyətim ilə əlaqəli olduğunu hesab edirik”, - deyə Postancanyan qeyd edib.

Onun fikrincə, avtomobilin partladılması hazırki hökumətin işidir və o, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.