Ermənistanda smartfon istifadə edən hərbçilər saxlanıldı

ermenistanda-smartfon-istifade-eden-herbciler-saxlanildi
Oxunma sayı: 1377

Ermənistan ordusunda sosial şəbəkələrdə həddindən artıq aktiv olan və iş saatlarında smartfonlardan istifadə edən hərbçilər məsuliyyətə cəlb edilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlik əməkdaşlarının həyata keçirdikləri genişmiqyaslı əməliyyat tədbirləri nəticəsində nazirin əmrini pozaraq, smartfon tipli telefonlardan istifadə edən, hərbi xidmətin gündəlik həyatından fotoları internetə yerləşdirən bir sıra müddətli və müqaviləli hərbi qulluqçular saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Həmçinin qeyd edilib ki, qadağaya tabe olmayan hərbçilərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdiriləcək.