Ermənistanda Qazi Kolya ləqəbi ilə tanınan 69 yaşlı Nikolay Qabrielyan intihar edib.
“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Qabrielyan İrəvandakı evində başından güllələnmiş halda aşkar edilib. İlkin versiyaya görə, o, intihar edib. “Transqaz” MMC-nin sahibi olan Kolya Ermənistanda kölgə milyonçularından bir hesab edilir.
Onu da qeyd edək ki, Qabrielyan ölkəsində kifayət qədər tanınan kriminal avtoritet Ara Vardanyanın (Çvçv Aro) qayınatası olub. Avtoritet 2017-ci ildə ölüb.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər