Ermənistanda təkrar yoluxma faktı qeydə alınıb

ermenistanda-tekrar-yoluxma-fakti-qeyde-alinib
Oxunma sayı: 1430

Ermənistanda koronavirusa təkrar yoluxma faktı qeydə alınıb.

"Qafqazinfo" xəbər verir  ki, bu barədə koronavirusa təkrar yoluxan şəxs Arsen Arutyunyan öz feysbuk hesabında açıqlama verib.

"İnfeksiyadan 40 gün sonra yenidən koronavirusa yoluxdum. Bu dəfə mənə ikitərəfli infiltrativ pnevmoniya diaqnozu qoyuldu". O, özünün belə qısa müddətdə yenidən virusa yoluxacağını gözləmədiyini bildirib.

O, son günlər ünsiyyətdə olduğu bütün şəxsləri də özünü təcrid etməyə çağırıb.